
"Səbail"in futbolçusu Maykl Essyen paytaxt klubundan ayrıla bilər.
Sportnet.az goal.com saytına istinadən xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi jurnalistlərə açıqlamasında Cənubi Afrika Respublikasına (CAR) köçmək ehtimalı barədə danışıb. Təcrübəli oyunçu bu ölkənin Premyer Liqası barədə xoş sözlər söyləyib: "CAR çempionatı pis deyil. Mən buraya gəlmək istərdim. Heç vaxt "heç vaxt" deməməlisən. Seçimləri açıq saxlayıram. Futbolu sevirəm. Bütün həyatım boyu bu idman növü ilə məşğul olmuşam. Ümumiyyətlə, karyeramı bitirmək barədə düşünmürəm".
Qeyd edək ki, "Səbail" bu ilin mart ayında Maykl Essyenlə 1.5 illik müqavilə imzalayıb