Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" A qrupunda PSJ (Fransa), "Real Madrid" (İspaniya) və "Brügge" (Belçika) komandalarına rəqib olub.
Türkiyə millisinin sabiq futbolçusu Hamit Altınton qalibə İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda təqdim olunacaq Çempionlar Liqasının Kubokunu səhnəyə gətirib.
Qrupların tərkibini hollandiyalı sabiq yarımmüdafiəçi Uesli Sneyder və çexiyalı keçmiş qapıçı Petr Çex müəyyənləşdirib.
A qrupu: PSJ (Fransa), "Real Madrid" (İspaniya), "Brügge" (Belçika), "Qalatasaray" (Türkiyə)
B qrupu: "Bavariya" (Almaniya), "Tottenhem" (İngiltərə), "Olimpiakos" (Yunanıstan), "Srvena Zvezda" (Serbiya)
C qrupu: "Mançester Siti" (İngiltərə), "Şaxtyor" (Donetsk, Ukrayna), "Dinamo" (Zaqreb, Xorvatiya), "Atalanta" (İtaliya)
D qrupu: "Yuventus" (İtaliya), "Atletiko" (Madrid, İspaniya), "Bayer" (Leverkuzen, Almaniya), "Lokomotiv" (Moskva, Rusiya)
E qrupu: Liverpul" (İngiltərə), "Napoli" (İtaliya), "Zaltsburq" (Avstriya), "Genk" (Belçika)
F qrupu: "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "İnter" (İtaliya), "Slaviya" (Praqa, Çexiya)
G qrupu: "Zenit" (Rusiya), "Benfika" (Portuqaliya), "Lion" (Fransa), "Leyptsiq" (Almaniya)
H qrupu: "Çelsi" (İngiltərə), "Ayaks" (Hollandiya), "Valensiya" (İspaniya), "Lill" (Fransa)
Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin oyunları 17/18 sentyabr, 1/2 oktyabr, 22/23 oktyabr, 5/6 noyabr, 26/27 oktyabr və 10/11 dekabrda keçiriləcək.
-------------------
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.
Sportnet.az-ın məlumatına görə, Monakoda təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Püşkatma 32 komandanın iştirakı ilə keçiriləcək. Onlar 4 səbətə bölünüblər. İlk səbətdə Çempionlar Liqası və Avropa Liqasının son qalibləri, eləcə də yüksək reytinqli 6 ölkənin çempionları yer alıb. Digər 3 səbətə isə klublar reytinqlərinə əsasən bölünüblər. Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" sonuncu səbətə düşüb.
Qaydalara əsasən, 8 qrupun heç birində eyni ölkənin iki komandası yer ala bilməz.
1-ci səbət: "Liverpul" (İngiltərə, son qalib), "Çelsi" (İngiltərə, Avropa Liqasının qalibi), "Barselona" (İspaniya), "Mançester Siti" (İngiltərə), "Yuventus" (İtaliya), "Bavariya" (Almaniya), PSJ (Fransa), "Zenit" (Rusiya)
2-ci səbət: "Real Madrid" (İspaniya), "Atletiko" (Madrid, İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Tottenhem" (İngiltərə), "Ayaks" (Hollandiya), "Benfika" (Portuqaliya)
3-cü səbət: "Lion" (Fransa), "Bayer" (Leverkuzen, Almaniya), "Zaltsburq" (Avstriya), "Olimpiakos" (Yunanıstan), "Brügge" (Belçika), "Valensiya" (İspaniya), "İnter" (İtaliya), "Dinamo" (Zaqreb, Xorvatiya)
4-cü səbət: "Lokomotiv" (Moskva, Rusiya), "Genk" (Belçika), "Qalatasaray" (Türkiyə), "Leyptsiq" (Almaniya), "Slaviya" (Praqa, Çexiya), "Srvena Zvezda" (Serbiya), "Atalanta" (İtaliya), "Lill" (Fransa)
Tədbir zamanı İlin kişi və qadın futbolçusu, 2018/2019 mövsümündə Çempionlar Liqasının ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi və hücumçusu da açıqlanacaq.
Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin oyunları 17/18 sentyabr, 1/2 oktyabr, 22/23 oktyabr, 5/6 noyabr, 26/27 oktyabr və 10/11 dekabrda keçiriləcək.