"Səbail" futbol klubu daha bir legioneri ilə yollarını ayırıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qapıçı Daniel Bojinovskinin muqaviləsinə vaxtından əvvəl qarşılıqlı razılıq əsasında xitam verilib. Makedoniyalı qolkiperə azad agent statusu verilib.
Qeyd edək ki, Daniel Bojinovski "Səbail"ə bu yay transfer olunub.