"Bura qələbə üçün gəlmişdik, lakin belə qalib gələcəyimizi gözləmirdim".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Qəbələ"ni 4:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis arxayınlaşmamağın gərəkliyini bildirib: "Qəbələ" ardıcıl 2 məğlubiyyətdən sonra qalib gəlmək istəyirdi. Futbolçulara məhsuldar qələbəyə görə təbrik edirəm. Bu hələ başlanğıcdır. Eyforiyaya qapanmaq olmaz. Fasilədən səmərəli istifadə etməliyik".