"Qarabağ" və "Sumqayıt" arasındakı Azərbaycan Premyer Liqasının VI tur matçında iki komandanın futbolçuları arasında gərginlik yaşanıb.
Sportnet.az-ın məlumatına görə, insident 73-cü dəqiqədə baş verib. Həmin epizodda Miçel və Əmir Ağayevin mübahisəsi yaranıb. Münaqişə digər futbolçuların və baş hakim Elçin Məsiyevin müdaxiləsindən sonra aradan qalxıb. Məsiyev oyunçulara şifahi xəbərdarlıqla kifayətlənib.
Qeyd edək ki, oyun "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 2:0.