
Qəbələ”nin "Neftçi" ilə 50-ci oyunu bu gün Azərbaycan Premyer Liqasının VI turuna təsadüf edəcək.
Sportnet.az xəbər verir ki, görüş Qəbələ şəhər stadionunda təşkil olunacaq. İki komanda indiyədək 49 dəfə üz-üzə gəlib. 17 qələbə və 12 heç-heçəsi olan "qırmızı-qaralar" 20 dəfə uduzub. 128 qolun vurulduğu matçlarda hər iki komanda eyni sayda – 64 dəfə fərqlənib.
Premyer Liqada 45-ci dəfə qarşılaşacaq rəqiblərin 5 oyunu Azərbaycan Kubokunda olub. Çempionatdakı 44 oyunda “Qəbələ” 16 dəfə üç, 9 dəfə bir xal əldə edib. 19 matç isə bakılıların qələbəsi ilə başa çatıb. Premyer Liqadakı top fərqində də bakılılar öndədir – 58:57.
25-ci dəfə “ağ-qaralar”ı qəbul edəcək “Qəbələ” evdə 8 qələbə qazanıb. Qonaqlar isə 11 matçdan qalib ayrılıblar. Digər 5 görüşdə sülh qeydə alınıb. Qəbələdə 65 qol vurulub. “Qırmızı-qaralar” 34, paytaxt təmsilçisi 31 dəfə rəqib qapısına yol tapıb.