"Qarabağ"ın futbolçusu Faysal Rerras Premyer Liqanın VII turunda "Sabah"ı məğlub etdikləri (2:0) oyundan sonra brifinq keçirib.
Sportnet.az xəbər verir ki,müdafiəçi öncə qarşılaşma haqqında danışıb:
- Önəmli qələbə oldu, vacib üç xal qazandıq. Görüşə yaxşı başladıq. Matça nəzarət edən tərəf idik. Xeyli qol imkanları oldu. Son 20 dəqiqədə yorğunluq hiss etməyə başladıq. Bu da ağır həftə ilə əlaqəlidir. Uzaq səfərlər, oyunlar yorğunluğa təsir edir.
- İlk 7 turda qələbə qazanmısnız. Belə startı gözləyirdiniz?
- Qələbələr ardıcıl gəlirsə, doğurdan da möhtəşəmdir. Çalışmalıyıq ki, bunu saxlayaq. Eyni tempdə davam etməli, oyundan-oyuna düşünməliyik.
- Premyer Liqada oynasanız da, Avropa Liqasında ehtiyatda qalırsınız. Bu barədə nə deyə bilərsinz?
- Buna görə narahat deyiləm. Baş məşqçi nə vaxt uyğun hesab etsə, mən hazıram. Məşqlərdə həvəslə çalışıram, üzərimdə işləyirəm. Əsas odur komanada qalib gəlir və mən “Qarabağ”dayam. Bu klubda hər şeydən məmnunam və özümü xoşbəxt hiss edirəm. Bu barədə narahat deyiləm.
- APOEL-in ilk iki turda uduzması, “Qarabağ”ın səfərdə “Düdelanj”ı məğlub etməsi Avropa Liqasındakı şanslarınızı artırdı. Növəti oyunlar APOEL-lədir. Qrupdan çıxmaq şanslarınızı necə hesab edirsiniz?
- Konsentrasiyanı saxlamalı və növbəti oyunları köklənməliyik. APOEL-lə oyunlar çox vacibdir. Bu oyunlardakı qələbə növbəti mərhələyə çıxmağımıza çox kömək olacaq.