"Əsas məsələ məğlubiyyətə düzgün yanaşmaq və iki oyun arasındakı fərqi aradan qaldırmaqdır. Bu müddətdə həm oyuna yaxşı hazırlaşmış, həm də üzərimizdəki psixoloji gərginliyi götümüşük".
Sportnet.az-ın Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Macarıstan yığmasının futbolçusu Roland Şallai Azərbaycan milli komandası ilə keçirəcəkləri AVRO-2020-nin seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib.
22 yaşlı hücumçu Xorvatiya ilə matçın ilk 15 dəqiqəsi ərzində baş verənləri unutduqlarını və tam fərqli komanda ilə matça hazırlaşdıqlarını vurğulayıb.
Qeyd edək ki, oktyabrın 13-də Budapeştdəki "Groupama Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.