Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.
Spotnet.az-ın məlumatına görə, həftənin ikinci matçında "Keşlə" "Sabah"ı qəbul edib. "ASCO Arena"da baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1. İlk qolu 16-cı dəqiqədə Vüsal İsgəndərli vurub. 90+2-ci dəqiqədə isə Hendrik Ekşteyn qonaqları məğlubiyyətdən xilas edib. 90+3-cü dəqiqədə isə Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydandan qovulub və "Sabah" matçı azlıqda başa vurub.
Bu heç-heçədən sonra xalını 12-yə çatdıran "Keşlə" 2-ci sırada qalıb. "Sabah" isə 6 xalla "Qəbələ" ilə son iki pilləni bölüşür.
Qeyd edək ki, həftənin açılış matçında "Qəbələ" evdə "Qarabağ"la heç-heçə edib - 1:1. Tura sabah keçiriləcək “Neftçi” - “Zirə”, “Səbail” - “Sumqayıt” qarşılaşmaları ilə yekun vurulacaq.
-------------------
Azərbaycan Premyer Liqasında II dövrəyə start verilib.
Sportnet.az-ın məlumatına görə, VIII turun açılış matçında "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilmiş oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 3-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Qismət Alıyev açıb. 6 dəqiqə sonra isə İsmayıl İbrahimli bərabərlik qolunu vurub.
Qalan bölümdə qapılara qol vurulmayıb. Beləliklə, "Qarabağ" Premyer Liqada ilk dəfə xal itirib. Bununla belə, xallarını 22-yə çatdıran Ağdam komandası liderliyini qoruyur. Xallarını 6-ya çatdıran "Qəbələ" isə yenə 7-cidir.
Günün digər matçında "Keşlə" və "Sabah" görüşəcək. Tura isə oktyabrın 20-də keçiriləcək "Səbail" - "Sumqayıt" və "Neftçi" - "Zirə" qarşılaşmaları ilə yekun vurulacaq.
------------------
Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, VIII turun ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq. Görüşlərdən biri Qəbələdə, digəri isə paytaxtda baş tutacaq.
Qəbələ şəhər stadionunda eyniadlı komanda son çempion "Qarabağ"ı qəbul edəcək. Meydan sahibləri 7 turdan sonra 5 xalla "Sabah"la birgə 7-8-ci yerləri bölüşdürür. Ağdam klubu isə bütün görüşlərdə qələbə qazanıb və 21 xalla liderdir.
Bölgə təmsilçiləri çempionatda 45 dəfə üz-üzə gəliblər. Bunların 23-də "Qarabağ", 10-da isə "Qəbələ" meydanı 3 xalla tərk edib. 12 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqində də qonaqların aşkar üstünlüyü var - 63:40. Ağdam klubu rəqibinə qarşı son 6 çempionat oyununda qalib gəlib. Tərəflər arasında son beş oyunda isə 3 və daha artıq qol vurulub.
Günün digər matçında "Keşlə" autsayder "Sabah"ı qəbul edəcək. Meydan sahibləri "Neftçi" ilə birgə 11 xalla 2-3-cü, qonaqlar isə 7-8-ci yerləri bölüşdürür. Komandalar yalnız ötən mövsümdə qarşılaşıblar. üç görüşdə "Keşlə", bir dəfə isə "Sabah" qələbə qazanıb. Topların fərqində isə meydan sahibləri üstündür - 7:3.
Azərbaycan Premyer Liqası, VIII tur
19 oktyabr (şənbə)
17:00. “Qəbələ” – “Qarabağ” - 1:1
Qollar: Qismət Alıyev, 3 - İsmayıl İbrahimli, 9
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
19:15. “Keşlə” – “Sabah” - 1:1
Qol: Vüsal İsgəndərli, 16 - Hendrik Ekşteyn, 90+2
Qırmızı vərəqə: Filip İvanoviç, 90+3 ("Sabah")
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”
Qeyd edək ki, tura sabah keçiriləcək "Neftçi" - "Zirə" və "Səbail" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.