
"Bu oyuna həqiqətən ciddi hazırlamışdıq. Komanda olaraq qələbəyə inanırdıq. Futbolçularda istəyi görürdük".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis komandasındakı irəliləyişlərə diqqət çəkib: "Oyundan-oyuna daha yaxşı oluruq, amma qələbə lazım idi. Bu zaman özünəinam artır. Oyunu gedişatı göstərdi ki, "Səbail" yaxşı komandadır. Rəqib bizə son 15 dəqiqədə çətinlik yaşatdı. İkinci dövrəyə qələbə ilə başlamaq həqiqətən yaxşıdır".