UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər açıqlanıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 4 iddiaçıdan yarısı - Aleks Oksleyd-Çamberlen (“Liverpul”) və Rəhim Sterlinq (“Mançester Siti”) İngiltərə klublarındandır. Eyni zamanda Paulo Dibala (“Yuventus”, İtaliya), və Kilian Mbappe (PSJ, Fransa) namizədlər siyahısındadır.