Moldovada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, Miloş Velebitin baş məşqçisi olduğu komanda ikinci dəfə Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd eədk ki, oktyabrın 23-də keçirilmiş ilk matçda Azərbaycan yığması eyni hesabla qələbə qazanıb.