İspaniyanın "Barselona" klubu Lionel Messi ilə yeni müqavilənin bağlanılması istiqamətində danışıqlar aparır.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun texniki direktoru Erik Abidal açıqlama verib. O, yaxın vaxtlarda yeniliyin olub-olmayacağını bilmədiyini söyləyib: "Qərar oyunçunun özü və ətrafından asılı olacaq. Klub hər şeyin tezliklə yekunlaşacağına ümid edir. Mən pozitivə köklənmişəm".
Qeyd edək ki, daha əvvəl Lionel Messinin müqaviləsini bu mövsümün sonunadək uzatmayacağına dair xəbər yayılıb. Onun hazırkı sözləşməsi 2020/2021 mövsümünün sonunadəkdir.