
Premyer Liqanın 12-ci turunda keçiriləcək "Neftçi” – "Qəbələ” oyununun biletləri satışa çıxarılıb.
Sportnet.az xəbər verir ki, qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. Biletləri oyunun keçiriləcəyi "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, matç sabah saat 17:00-da başlayacaq.