İtaliyada "Yuventus" və İspaniya "Atletiko"su arasındakı Çempionlar Liqasının V tur matçında daha bir maraqlı olay yaşanıb.
Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin futbolçusu Paulo Dibala 45+2-ci dəqiqədə vurduğu qolu əsgər salamı ilə qeyd edib. Argentinalı hücumçu ehtiyatda oturan türkiyəli komanda yoldaşı Merih Demiralı salamlayıb. Daha sonra Dibala Demiralı qucaqlayıb. Bu qolla "Yuventus" fasiləyə öndə çıxıb - 1:0.
Xatırladaq ki, Türkiyə millisinin futbolçuları AVRO-2020-nin seçmə mərhələsindəki son oyunlarında vurduqları qolları əsgər salamı ilə qeyd ediblər. Bununla da "ay-ulduzlular" Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatlarına dəstək nümayiş etdiriblər.