
İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi La Liqadakı het-trik sayında Kriştianu Ronaldunu keçib.
Sportnet.az-ın məlumatına görə, argentinalı hücumçu 35-ci het-trikinə XVI turun "Malyorka" ilə ev oyununda imza atıb. Görüş "Barsa"nın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövsüm Messi La Liqada 10 oyuna 12 qol vurub və 5 məhsuldar ötürmə verib. Ronaldu isə "Real Madrid"də çıxış etdiyi 2009 - 2018-ci illərdə 34 het-trik müəllifi olub. Hazırda o, İtaliya "Yuventus"unda çıxış edir.