Rusiya futbolunda genişmiqyaslı azarkeş aksiyası başlayıb.
Sportnet.az-ın məlumatına görə, səbəb "Spartak" fanatlarının Premyer Liqada XVIII turun "Zenit"lə səfər oyunundan əvvəl Sankt-Peterburqda saxlanılmalarıdır. Oyundan sonra isə "qırmızı-ağlar"ın azarkeşi Valeri Bevz saxlanılıb. Onun "Zenit"in futbolçusu Artyom Dzyubanı təhqir etdiyi iddia olunub.
Aksiyaya "Zenit" tərəfdarları da qoşulub. Onlar dekabrın 6-da Moskva "Dinamo"su ilə oyun zamanı tribunaları tərk ediblər. Ötən gün isə "Krasnodar" və MOİK fanatları iki komanda arasındakı oyunun 30-cu dəqiqəsində tribunadan nümayişkəranə formada ayrılıblar.
Etirazlara digər komandalar, hətta Serbiya "Srvena Zvezda"sı da dəstək olacağını açıqlayıb.
Rusiyanın Daxili İşlər Nazirliyi "Spartak" azarkeşlərinin saxlanılmasını çaxnaşmaların qarşısını alma cəhdi ilə əlaqələndirib.