
Uels Futbol Assosiyasının nümayəndələri Bakıya gəlib.
Sportnet.az "Countypress" nəşrinə istinadən xəbər verir ki, rəsmilər AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək görüşləri ilə əlaqədar paytaxtdakı təlim-məşq bazalarına və otellərə baxış keçirirlər.
Uels yığması AVRO-2020-dən öncə Avstriya ilə yoldaşlıq görüşü keçirəcək. Görüş martın 27-də olacaq. Matçın yeri hələ bəlli deyil.
Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.