"Düşünmürəm ki, ölkələr arasındakı saat fərqi oyunumuza təsir etsin. Bunu nəzərə almışıq".
Sportnet.az-ın məlumatına görə bu fikirləri "Düdelanj"ın qapıçısı Conatan Juber Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakı "Qarabağ"la qarşılaşmadan öncə deyib.
Qolkiper yuxu ilə bağlı problemlədinin olduğunu bildirib: "Sabah" "Qarabağ"la oyunda bunun öhdəsindən gələcəyik".
Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüş saat 21:55-də start götürəcək.