Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “King Saud University” stadionunda “Yuventus” və “Latsio” komandaları arasında İtaliya Super Kuboku uğrunda görüş keçirilib.
Sportnet.az xəbər verir ki, görüş “Latsio”nun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunun 17-ci dəqiqəsində Luis Alberto fərqlənsə də, 45-ci dəqiqədə Paolo Dibala hesaba tarazlıq gətirib.
73-cü dəqiqədə “Latsio” Senad Luliçin dəqiq zərbəsi ilə yenidən hesabda önə keçib. Görüşdə sonuncu qolu paytaxt komandasının futbolçusu Daniel Kataldi vurub.
Bununla da “Latsio” tarixində 5-ci dəfə İtaliya Super Kubokun qalibi adı qazanıb.