İngiltərə "Arsenal"ının futbolçusu Mesut Ozil özünün bütün dünyada ehtiyac içində olan uşaqların əməliyyat olunması üçün xeyriyyəçilik fondlarına ianələrindən danışıb.
Sportnet.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi "Instagram" səhifəsində bildirib.
"Artıq 219 əməliyyat edilib, amma irəlidə edilməli olan daha çox şey var! Mən həyat yoldaşımla 2019-cu ilin iyununda - toyumuzdan əvvəl elan etdik ki, bütün dünyada əməliyyata ehtiyacı olan daha 1000 uşağın xərcələrini üzərimizə götürəcəyik. Toyun bu layihəyə ianə ayıran hər bir qonağı, azarkeşi və fanatları, xüsusən layihədə iştirak edən beynəlxalq tibbi briqadaları sağ olsun. Bu, yalnız başlanğıcdır! Gəlin, qarşıdakı 2020-ci ilə baxaq və ehtiyac içində olan yüzlərlə digər uşaqlara birlikdə kömək edək", - deyə Ozil yazıb.
O, sosial şəbəkədə mövzu ilə bağlı fotosunu da paylaşıb.