 
Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsilə bağlı AFFA və TFF arasında danışıqlar aparılır.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın 2020-ci ilin may ayında Türkiyədə keçirilməsi nəzərdə tutulub.
Milli assosiasiya məsələ ilə bağlı əlavə məlumatın veriləcəyini bildirib.









 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































