
Çinin "Şanxay SİPQ" klubunun futbolçusu Halk keçmiş həyat yoldaşının qardaşının qızı ilə görüşməyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, braziliyalı hücumçu həyat yoldaşı İran Souza ilə 12 illik nikahına iyulda son qoyub. Cütlüyün bu nikahdan 3 uşağı dünyaya gəlib.
Boşandıqdan 5 ay sonra Halk İran Souzanın qardaşı qızı Kamila ilə münasibətlərə başlayıb. Mənbə bildirir ki, futbolçunun özü yalan şərhlərdən qaçmaq üçün nümayəndələri vasitəsilə bu informasiyanı təsdiqləyib.
Qeyd edək ki, Kamila İran Souzanın sevimli qardaşı qızı olub və onların "Instagram"da çoxlu birgə fotoları var. Halk isə Çinə 2012 - 2016-cı illərdə çıxış etdiyi Rusiya "Zenit"indən yollanıb.