
"Səbail" klubunun Tükiyədəki təlim-məşq toplanışında ilk rəqibi müəyyənləşib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu Qazaxıstanın "Jetisu" komandasıdır. Qarşılaşma yanvarın 15-də olacaq.
"Səbail"in Antalyada digər rəqibləri Ukraynanın “Olimpik Donetsk” (18 yanvar), Rumıniyanın “Voluntari” (21 yanvar) və Polşanın “Korona” (25 yanvar) klubları ilə qarşılaşacaq.
Qeyd edək ki, “Səbail” qış fasiləsinə 12 xalla sonuncu pillədə yollanıb.
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən "Qarabağ" da "Jetisu" ilə yoxlama oyunu keçirəcək. Matç yanvarın 22-də olacaq.