
ABŞ yığması regionda vəziyyətin gərginləşməsinə görə Qətərdəki təlim-məşq toplanışını ləğv edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə federasiyanın saytında yayılan bəyanatda deyilir.
"Regionda hadisələrin inkişafı ilə əlaqədar ABŞ yığması yanvarda məşq toplanışının keçirilməli olduğu Qətərə səfəri təxirə salmağa qərar verib", - deyə vurğulanır.
Qətərdə keçirilməli olan 20 günlük toplanış yanvarın 5-də başlanmalı idi.
ABŞ Futbol Federasiyası ən yaxın matçlara hazırlıq üçün başqa meydanlar axtarır.