"Sabah" komandasının fiziki hazırlıq üzrə keçmiş məşqçisi Pavel Sirenko özünə yeni iş yeri tapıb.
Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis Latviya "Riqa"sında eyni vəzifəyə təyin olunub. O, Şimali Makedoniyadan olan Saşko Poposkini əvəzləyib.
Qeyd edək ki, Pavel Sirenko "Sabah"a 2019-cu ilin iyulunda məşqçi təyin olunmuşdu. 45 yaşlı məşqçi 2007-ci ildə "İnter"də (hazırkı "Keşlə") də çalışıb.