Qana Futbol Assosiasiyası (GFA) bütün kişi və qadınlardan ibarət milli komandaların baş məşqçilərini qovmağı qərara alıb.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu addım araşdırma xarakterli sənədli filmdə səsləndirilmiş rüşvət və korrupsiya ittihamlarından sonra atılıb. Beləliklə, GFA prezidenti vəzifəsinə 2019-cu ilin oktyabrında seçilmiş Kurt Okraku radikal qərar qəbul edib.
Qeyd edək ki, Qananın kişilərdən ibarət millisinin baş məşqçisi Kvesi Appia idi. O, ilk dəfə 2012 - 2014-cü illərdə rəhbərlik etdikdən sonra 2017-ci ildə ikinci dəfə komandanın sükanı arxasına keçmişdi.