"Qarabağ" klubu ilə icarə müddəti başa çatan qapıçı Asmir Beqoviç müqavilə üzrə məxsus olduğu İngiltərə "Bornmut"unun düşərgəsinə gələn həftə qoşulacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Bornmut"un baş məşqçisi Eddi Hou "Daily Echo"ya açıqlamasında bildirib. O, Beqoviçlə bağlı növbəti addımı atmaq üçün bir qədər gözləməyi məqsədəuyğun sayıb.
"Qarabağ" 32 yaşlı qolkiperi komandada saxlamaq istəsə də, danışıqlar nəticə verməyib. Hazırda bosniyalı oyunçu ilə "Vest Hem", "Derbi Kaunti" və "Birmingem Siti" də maraqlanır.