
ABŞ yığmasının futbolçusu və qadınlar arasında “Qızıl top" mükafatına layiq görülmüş Meqan Rapino ölkə prezidenti Donald Trampı İrana hücümla bağlı tənqid edib.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi dövlət başçısını müharibədən çəkinməyə çağırıb.
O, prezidentin müharibə ilə bağlı fikirlərini pisləyib: "Silahla birlikdə biz həmçinin insanlarımızı da göndərəcəyik. Onların əksəriyyəti gənc olacaqlar (amma şübhəsiz ki, sənin uşaqların yox). Sən həqiqətən anlayırsan ki, danışırsan? Heç vaxt müharibə ilə lovğalanma Tramp, çünki bu, o deməkdir ki, amerikalılar öləcəklər".
Daha əvvəl Donald Tramp özünün “Twitter”dəki səhifəsində yazıb: "Birləşmiş Ştatlar hərbi texnikaya iki trilyon dollar xərcləyib. Bizim dünyada ən böyük və ən yaxşı ordumuz var! İran Amerika bazasına və ya istənilən başqa amerikalıya hücum etsə, biz yeni gözəl silahla hərbi hissəni göndərəcəyik … və tərəddüdsüz!"
Qeyd edək ki, Meqan Rapino 2012-ci il London Yay Olimpiya Oyunlarının, eləcə də 2015-ci və 2019-cu il dünya çempionatlarının qalibi, ABŞ yığmasının vitse-kapitanıdır. FIFA və "France Football" nəşri onu 2019-cu ilin ən yaxşı futbolçusu sayıb.