
"Neftçi"nin U-10 komandası klubun veteran futbolçusu, SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi, əməkdar idman ustası Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək.
Sportnet.az xəbər verir ki, 2010-cu il təvəllüdlü futbolçular arasında yanvarın 9-dan 12-dək "Amasiya” İdman Kompleksində keçiriləcək yarışda 2 qrupdan ibarət 8 komanda mübarizə aparacaq.
"Neftçi” yanvarın 9-da "Amasiya”, 10-da ROFM, 11-də isə "İrani Ərdəbil” (İran) komandaları ilə qarşılaşacaq. Yanvarın 12-də qrupda birinci yeri tutan komandalar final, ikinci yerin sahibləri isə 3-cü yer uğrunda oyuna çıxacaq.