İspaniyanın "Malaqa" klubu Viktor Sançesi baş məşqçi postundan kənarlaşdırıb.
Sportnet.az-ın məlumatına görə, səbəb kimi 43 yaşlı mütəxəssisin cinsi orqanı ilə videosunun sosial şəbəkəyə düşməsi göstərilib. "Malaqa" rəhbərliyi tam araşdırma aparılanadək Sançesi dərhal işindən kənarlaşdırmağı məqsədəuyğun sayıb.
Həmin video baş məşqçinin messencerindən oğurlanıb. Sançes onu şəxsi çatda göndərib. O, şəxsi həyatına müdaxilə üzündən zərər gördüyünü bildirib: "Məni şantaj edir, pul istəyirlər. Bu videonu internetdə yayan hər kəsi mühakimə edir, paylaşanların cinayətə yol verdiklərini bildirirəm. Əlavə edəcək sözüm yoxdur, çünki ciddi heç nə etməmişəm".
Qeyd edək ki, Viktor Sançes del Amo "Malaqa"ya 2019-cu il aprelin 15-də baş məşqçi təyin olunub.