Qış transfer pəncərəsi çərçivəsində "Sabah" klubundan ayrılan Rocer Roxasın yeni komandası müəyyənləşib.
Sportnet.az xəbər verir ki, honduraslı hücumçu Kolumbiyanın "Deportes Tolima" klubu ilə anlaşıb. Lakin müqavilənin şərtləri açıqlanmayıb. "Deportes Tolima" Kolumbiya çempionatında geridə qalan 20 turdan sonra 32 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, ötən ilin avqustunda "Sabah"a gələn Roxas 4 ay sonra komandadan gedib. 29 yaşlı forvard 13 oyunda (11 Premyer Liqa, 2 ölkə kuboku) 2 qola imza atıb.