Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunları davam edir.
Sportnet.az-ın məlumatına görə, bu gün ölkə təmsilçilərindən yalnız "Sabah" qüvvəsini sınayıb. Jelko Sopiçin baş məşqçi olduğu komanda Qazaxıstan "Kaysar"ı ilə üz-üzə gəlib. Görüş "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 3:1.
Qeyd edək ki, ilk yoxlama görüşündə Macarıstan "Pakş"ına 0:1 hesabı ilə uduzan "Sabah", ikinci matçda Rumıniya təmsilçisi "Akademika Klinçeni" ilə qolsuz bərabərə qalıb.
Yoxlama oyunu
17:00. "Sabah" - "Kaysar" (Qazaxıstan) - 3:1
“Sabah"ın start heyəti:
1. Saşa Stamenkoviç, 13. Filip İvanoviç, 4. Bəhlul Mustafazadə, 19. Təmkin Xəlilzadə, 22. Məqsəd İsayev, 11. Şakir Seyidov, 30. Mario Marina, 26. Ozan Can Kökcü, 10. Cavid İmamvediyev, 7. Coşqun Diniyev, 41. Marko Deviç.