Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Samir Əliyevin baş məşqçi olduğu komanda Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığması ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, milli daha öncə Türkiyənin "Alanyaspor" klubunun U-19 komandasını 4:2 hesabı ilə məğlub edib.