Ötən ilin sonu “Jalə” brendi ilə sponsorluq anlaşmasına imza atan “Qəbələ” İdman Klubu Azərbaycanın daha bir tanınmış markası ilə əməkdaşlığa start verib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, süd məhsulları istehsalında lider marka olan “Milla” brendi artıq komandanın titul sponsorudur. “Qəbələ” İdman Klubu ilə “Milla” arasındakı sponsorluq razılaşması 2020-2021-ci illəri əhatə edir. Razılaşmaya əsasən, əsas komandanın oyun formalarının ön hissəsində “Milla” brendinin logosu əks olunacaq.
2011-ci ildən fəaliyyət göstərən “Milla” brendi böyük təcrübəyə malik kollektiv, keyfiyyətli xammal, ən son emal qablaşdırma texnologiyaları və dünya səviyyəli keyfiyyətə nəzarət sistemlərinin tətbiqi ilə istehlakçılarına təbii süddən hazırlanmış məhsulları təklif edir. 2020-ci ildə "Milla" markası bir çox yeniliklər ilə müştərilərini sevindirməyə davam edəcək.