"Zirə"nin futbolçusu Elvin Camalov cəzalı duruma düşüb.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında XV turun "Sabah"la ev oyununda mövsümdə 4-cü sarı vərəqəsini alıb. O, daha əvvəl III turda elə "Sabah" (1:1), XII turda "Keşlə" (3:1) ilə ev, XIII turda "Qəbələ" (0:3) ilə səfər oyunlarında da xəbərdarlıqla üzləşib.
Beləliklə, Camalov XVI turun "Sumqayıt"la səfər oyununu buraxmalı olacaq. Bu matç fevralın 8-də "Kapital Bank Arena"da keçiriləcək.