Azərbaycan Premyer Liqasının XVI turunda "Zirə"ni qəbul edəcək "Sumqayıt" komandası baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında "Kapital Bank Arena"nın ehtiyat meydançasında növbəti məşqini keçirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, zədəli Şəhriyar Əliyev və Vüqar Mustafayev fitness zalında fərdi məşq edib. Təxminən 1.5 saat davam edən hazırlıq prosesində müxtəlif toplu çalışmalar yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, fevralın 8-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Zirə" qarşılaşması saat 17:30-da başlanacaq. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.