Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, milli Tacikistanın müvafiq yaş qrupuna aid komandası ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Yığmanın heyətində Nicat Quliyev fərqlənib.
Qeyd edək ki, U-17 növbəti oyununu fevralın 10-da Danimarkanın "Hellerup" klubuna qarşı keçirəcək.