"Neftçi"nin futbolçusu Soni Mustivar 30 yaşının tamam olması münasibətilə klubun rəsmi saytına müsahibə verib.
Sportnet.az həmin müsahibəni təqdim edir.
- Doğum gününüz mübarək, Soni! Özünüzü 30 yaşda necə hiss edirsiniz?
- Təbrikinizə görə sağ olun. Özümü gənc hiss edirəm (gülür).
- Həyatınızda ən gözlənilməz hədiyyə hansı olub?
- Ən gözlənilməz hədiyyəni mən bir neçə il əvvəl almışdım. Neçənci il olduğu yadımda deyil, amma hədiyyə "Nintendo 64” oyun konsolu idi.
- Bu günü necə keçirəcəksiniz?
- Doğum günümü həyat yoldaşım və dostlarımla qeyd edəcəyəm. Qeyri-adi bir şey olmayacaq.
- Artıq bir neçə ildir ki, "Neftçi”dəsiniz. Bu klub sizin üçün nə məna daşıyır?
- "Neftçi” sevgi, emosiya, ehtiras deməkdir.
- Bu mövsüm bir oyunda hətta komandanın kapitanı qismində oynamısınız.
- Bəli və buna görə qürur duyuram. Mənim üçün komandanın hər bir oyunçusu kapitandır. Biz "Neftçi”ni layiqli şəkildə təmsil etməliyik.
- Həftəsonu "Keşlə”yə qarşı keçiriləcək oyun ərəfəsində azarkeşlərə nə deyə bilərsiniz?
- Arzum odur ki, oyuna gəlsinlər. Nə qədər çox olsalar, o qədər də biz güclü olacağıq. Qələbəni bir yerdə yaşayaq!