"Sabah" komandası səfərdə "Sumqayıt"la keçirdiyi Azərbaycan Premyer Liqasının XVII tur matçına problemlərlə çıxıb.
Sportnet.az xəbər verir ki, komanda üzvləri oyundan əvvəl meydana gec çıxıblar. Buna görə, görüş 2 dəqiqə gec başlayıb. Gecikmə səbəbindən komandanın cərimələnəcəyi gözlənilir.
Digər tərəfdən, qış fasiləsində "Sabah"a qayıdan Marko Deviçin zədələndiyi müəyyənləşib. Nəticədə o, iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.