AFFA İntizam Komitəsi "Zirə"nin futbolçusu Cavid Hüseynovu 4 oyunluq cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XVII turunda evdə "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları görüşün 67-ci dəqiqəsində hakimi təhqir edib və birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Qəsəbə təmsilçisi bu səbəbdən 3200 manat məbləğində cərimələnib.
Komitə "Qəbələ"nin futbolçusu Fernan Lopezə isə bir oyunluq cəza kəsib. 25 yaşlı ispaniyalı yarımmüdafiəçi "Səbail"ə 1:3 hesabı ilə uduzduqları görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Əyalət təmsilçidi bunun üçün 200 manat ödəyəcək.