
"Hər zaman qələbə xoş hisslər yaradır. Ardıcıl iki oyun məğlub olmuşduq. Bu gün istədiyim komandanı meydanda gördüm. Bu əzmkarlıq və istəyin davamını gətirməliyik. İki məğlubiyyətdən sonra kollektivi motivasiya etmək çox çətindir. Futbolçuları qələbə münasibətilə təbrik edirəm. Daha çətin oyunlarımız olacaq. Bu qarşılaşmanı unutmalıyıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın XVIII turunda "Zirə"ni 4:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, görüşün sonlarında Tural Bayramlının yorğun olduğunu hiss edib. Əhmədov 90-cı dəqiqədə fərqlənən Pərviz Azadov barədə də danışıb: "Onu hələ start heyətdə meydana buraxmaq istəyirdim. Pərviz hesabdan asılı olmayaraq, bu gün meydana çıxacaqdı".
Baş məşqçi hücumçu Lorenzo Frutosun oynamamasının rəqiblə bağlı olduğunu deyib: "Neftçi" ilə oyundan sonra temperaturu qalxmışdı. Frutos bir neçə məşqi buraxdı. Hələ ki, tam formasında deyil. Rəqibin müdafiəsinə görə Aleksandr Kriştovaoya şans verdik".