"məğlubiyyətə görə üzülürük. Belə rəqiblə oyunda səhv etmək olmaz. İkinci hissənin əvvəlində boşluqdan rəqib yarartlandı. Buna baxmayaraq, öz dəst-xəttimiz var. Daha soyuqqanlı ola bilərdik. Futbolçularıma əzmkarlığı qarşılığında təşəkkür edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssis oyundan zövq aldığını bildirib: "Oyunu düzgün analiz etmək lazımdır. Qoldan sonra 4 hücumçu ilə oynadıq, dayaq yarımmüdafiəçisini meydana buraxdıq. Belə komandaya qarşı açıq futbol oynamaq olmaz. Hətta "Neftçi" belə oynamamışdı".
Abbasov hazırkı tempi sonadək sonadək qorumağa çalışacaqlarını söyləyib: "Nəyisə itirsək, bizim üçün böyük faciə olmayacaq. Amma inanıram ki, futbolçular qazanacağıq. Hər mövsüm heyətimizi qoruya bilməsək də, futbolumuza qazandırırıq. Bəs özümüz nə vaxt qazanacağıq? Bu sualın cavabı məndən asılı deyil".