
İspaniyanın "Barselona" klubu bu gün səfərdə "Real Madrid"lə keçirəcəyi La Liqanın XXVI tur matçından əvvəl "Formula 1" üzrə 6 qat dünya çempionu Lüis Hemiltona forma göndərib.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı britaniyalı idmançı paylaşım edib. "Mercedes" pilotu Kataloniya komandasının böyük fanatı olduğunu bildirərək, bugünkü matçda "Barsa"ya dəstək olacağını vəd edib.
Qeyd edək ki, La Liqada 25 turdan sonra "Barselona" 55 xalla liderdir. İkinci yerdə gedən "Real Madrid"in 53 xalı var. Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.
???????? Humbled by the words of @F1 ???? @LewisHamilton ahead of #ElClásico! pic.twitter.com/oemJcetkv4
— FC Barcelona (@FCBarcelona) February 29, 2020