Almaniyanın "Leyptsiq" klubunun baş məşqçisi Yulian Nagelsman UEFA Çempionlar Liqasında rekord müəyyənləşdirib.
Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis avrokuboklarda iki oyundan ibarət pley-off mərhələsini adlayan ən gənc baş məşqçi ünvanına sahib çıxıb. O, mərhələ sevincini 32 yaş 231 günlüyündə yaşayıb.
"Leyptsiq" 1/8 finalda İngiltərə "Tottenhem"ini üstələyib. Səfərdə 1:0 hesablı qələbə qazanan Almaniya təmsilçisi evdə daha amansız olub - 3:0.