UEFA koronavirus infeksiyasının yayılması ilə əlaqədar video-konfrans təşkil edəcək.
Sportnet.az-ın məlumatına görə, martın 17-də keçiriləcək tədbirə quruma üzv olan 55 milli assosiasiyanın rəsmiləri, Avropa Klublar Assosiasiyası və Beynəlxalq Peşəkar Futbolçular Federasiyasının nümayəndələri dəvət ediləcək. Müzakirələr bütün daxili və qitəmiqyaslı yarışları, habelə, AVRO-2020-ni əhatə edəcək.
Daha ətraflı açıqlama video-konfransın ardından veriləcək.