
İtaliya klubları 700 milyon avro itirə bilərlər.
Sportnet.az-ın "Football Italia"ya istinadən məlumatına görə, bu, koronavirus pandemiyası ilə əlaqədar hazırkı mövsüm başa çatdırılmayacağı təqdirdə baş verəcək. Məbləğin 430 milyon avrosu teleyayım hüquqlarının, qalanları isə bilet və klub atributlarının satışının gerçəkləşməməsi üzündən itkiyə gedəcək.
Hazırda İtaliyada bütün idman tədbirləri aprelin 3-dək dayandırılıb. AVRO-2020 təxirə salınsa, ölkə çempionatı yayda da davam edəcək. Əks halda, A Seriyası matda sıx qrafiklə keçiriləcək və ya tam ləğv olunacaq, çempionluq kuboku isə heç kimə verilməyəcək.