Fransanın PSJ klubunun futbolçusu Keylor Navas koronavirus pandemiyasına görə ölkəni tərk edib.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, kosta-rikalı qapıçı vətəninə icarəyə götürdüyü xüsusi təyyarə ilə yollanıb.
34 yaşlı qolkiper bunun üçün 200 000 ABŞ dolları xərcləyib.
Qeyd edək ki, daha əvvəl PSJ-nin braziliyalı futbolçuları Neymar və Tiaqo Silva klubdan icazə alaraq, ölkələrinə qayıdıblar.