Çinin “Şandun Lunen” komandasının futbolçusu Maruan Fellayni koronavirusa qalib gəlib.
Sportnet.az AFP-yə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin növbəti testi mənfi nəticə göstərib. Belçikalı oyunçu xəstəxanadan evə buraxılıb. Lakin o, 2 həftə karantində qalmaq məcburiyyətindədir.
Qeyd edək ki, “Şandun Lunen” martın 22-də Maruan Fellayninin koronavirusa yoluxduğunu açıqlayıb. Yarımmüdafiəçi 2018-ci ildə Rusiyadakı dünya çempionatında Belçika yığmasının heyətində bürünc medal qazanıb.