Futbolçularıma deyirəm ki, mən titul qazanmağa tələsirəm. Uduzmağa vaxtım yoxdur".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri İspaniyanın "Barselona" klubunun baş məşqçisi Enrike Setyen AS nəşrinə açıqlamasında deyib.
O bildirib ki, Çempionlar Liqasını (ÇL) qazanmaq və La Liqanın qalibi olmaq istəyir: "Hər iki turnirdə uğur qazansaq, daha yaxşı olar. Əlbəttə, otlaqlarda inəklərin arasında gəzişmək və ÇL kubokunu onlara göstərmək istəyirəm".
Qeyd edək ki, "Barselona" Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Napoli" ilə 1:1 hesablı heç-heçə edib. Sonradan yerli liqalarla yanaşı, avrokuboklar da koronavirus pandemiyasına görə təxirə salınıb.